Sirkə turşusundan zəhərlənərək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən jurnalist Nəsimi Şərəfxanlı bu gün evə buraxılıb.
Bizim.Media xəbər verir ki, bu fikirləri 1 saylı Kliniki Tibbi Mərkəzin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnur Hidayətoğlu Facebook səhifəsində yazıb.
O, N.Şərəfxanlının may ayının 14-də təcili tibbi yardım maşını ilə ağır vəziyyətdə Mərkəzə gətirildiyini xatırladıb:
“Həkimlərin səyi ilə kritik durumda olan jurnalistin həyatını xilas etmək mümkün olub. Bundan sonra onun vəziyyətinin daha da yaxşılaşması üçün Mərkəzdə müalicəsi davam etdirilib və artıq səhhəti ilə bağlı hər hansı təhlükə qalmadığına görə evə buraxılmasına qərar verilib”.
Qeyd edək ki, Şərəfxanlı "Cumhuriyyet.az" saytının rəhbəri, 44 günlük Vətən müharibəsi iştirakçısı və ehtiyatda olan zabitdir.
Bizim.Media