“Neftin qiymətinə yenidən baxılmalıdır” – Elman Nəsirov  

Hazırda oxunan: “Neftin qiymətinə yenidən baxılmalıdır” – Elman Nəsirov  

76965

“Dövlət büdcəsində neftin bir bareli 50 dollar həddində hesablanıb. Ötən il üçün isə bu 45 dollar təşkil edirdi. Lakin bu günün reallıqları bir qədər fərqlidir”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Elman Nəsirov səsləndirib.  

Deputat qeyd edib ki, dövlət büdcəsində neft qiymətlərinə yenidən baxılmasına ehtiyac var:

“Xüsusilə də, Çində pandemiya ilə bağlı yumşalmaların getməsi, daha vacibi Rusiya-Ukrayna münaqişəsi və onun dünya neft bazarına təsiri ilə qiymətlər kəskin artıb.  

“Brent” markalı neftin qiyməti artıq 123 dollardır. Belə olan vəziyyətdə hesab edirəm ki, dövlət büdcəsində neftin qiyməti ilə bağlı dəqiqləşdirilmələrin aparılmasına ehtiyac var”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin