2020-ci ilin fevral ayında ölkəmizdə parlament seçkiləri keçirilib. Parlament seçkiləri demokratiya istiqamətində atılmış növbəti ciddi addım idi. Parlamentin rəhbər orqanları yeniləndi, rəhbərliyə yeni insanlar gəldi.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə danışıb.
Dövlətimizin başçısı qeyd edib ki, ilk dəfə olaraq müxalifət partiyasının nümayəndəsi
parlamentin sədr müavini seçildi. Eyni zamanda, ilk dəfə olaraq parlament komitələrinin sədr və müavin vəzifələrinə müxalifət nümayəndələri seçildilər. “Bu, yeni siyasi mədəniyyətin təzahürüdür. Bu, bütün siyasi qüvvələr arasındakı əməkdaşlığa yönəlmiş ciddi bir addımdır. Əlbəttə ki, ölkəmizin demokratik inkişafı baxımından bunun çox böyük əhəmiyyəti var. Parlament çoxpartiyalı parlamentdir və bu, siyasi sistemimizin gücləndirilməsi istiqamətində çox önəmli addım sayılmalıdır”, - deyə Prezident vurğulayıb.
Keçən il partiyaların böyük əksəriyyətinin iqtidarın təşəbbüsünə müsbət cavab verərək, siyasi dialoqa qoşulduğunu diqqətə çatdıran Prezident İlham Əliyev deyib:
“Hazırda bu dialoqda bütün siyasi qüvvələr iştirak edir. İştirak etməyənlərə siyasi qüvvə deyə bilmərəm. Çünki iştirak etməyən dəstə xain, satqın ünsürlərdən ibarətdir. Siyasi dialoq müharibədən əvvəl başlamışdır və müharibə dövründə daha da güclənmişdir. Müharibə dövründə bir antimilli qruplaşma istisna olmaqla, - mən antimilli şuranı nəzərdə tuturam, - bütün digər siyasi partiyalar və birliklər birmənalı olaraq bizim haqq işimizə öz dəstəyini verdi. Antimilli şura isə öz xain, satqın missiyasını müharibə dövründə də icra edib, düşmənin dəyirmanına su töküb, ordumuza qarşı çirkin kampaniya aparıb”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:31 / 07.01.2021
"Antimilli şura satqın missiyasını müharibə dövründə də icra edib" - Prezident
Hazırda oxunan: "Antimilli şura satqın missiyasını müharibə dövründə də icra edib" - Prezident
Hazırda oxunan: "Antimilli şura satqın missiyasını müharibə dövründə də icra edib" - Prezident
7696
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.