“Mənə deyirlər ki, başdan ayağa botokssunuz”.
Bizim.Media xəbər verir ki, bu sözləri opera və vokal ifaçısı Lətifə Soyuöz qonaq olduğu “Səhər Mərkəzi” verilişində deyib.
Sənətçi haqqında gəzib-dolaşan botoks iddialarına yarı ciddi, yarı zarafatla açıqlama verib:
“Başdan ayağa botoks olmur. Botoks qaş nahiyyəyə vurulur ki, qalxsın. Üzə isə vurulur ki, daha da incəlsin və s. Bu gün kosmetoloji mərkəzlərə insan axını var. Çünki hamı özünü güzgüdə baxanda gözəl görmək istəyir. Cəmi bir dəfə əməliyyat olunmuşam. O da ki, burnumdan. Başqa nahiyyələrimdə əməliyyat yoxdur. Sadəcə üzümdə kosmetoloji prosedurlar etdirmişəm”.
Kosmetoloq qəbulunu “su yolu”na çevirən L.Soyuöz əməliyyatla deyil idmanla bədənini formaya saldığını söyləyib:
“Həkim- kosmetoloqlara həddindən artıq çox gedirəm və müraciət edirəm. İdmana başlamışam. Bədənimdəki problemləri aradan qaldırmaq üçün idmandan sonra kosmetoloji aparatlara gedirəm. İdmandan sonra vəziyyətə baxacağam”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:43 / 31.05.2022
Lətifə Soyuöz: "Deyirlər ki, başdan ayağa..." - VİDEO
Hazırda oxunan: Lətifə Soyuöz: "Deyirlər ki, başdan ayağa..." - VİDEO
Hazırda oxunan: Lətifə Soyuöz: "Deyirlər ki, başdan ayağa..." - VİDEO
76943
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.