Dövlət büdcəsinin icrasında çatışmazlıqlar müəyyən edildi

Hazırda oxunan: Dövlət büdcəsinin icrasında çatışmazlıqlar müəyyən edildi

76940

“2021-ci ilin dövlət büdcəsinin icrası zamanı müəyyən texniki çatışmazlıqlar müəyyən edilib, bunlar müxtəlif qurumlarla geniş müzakirə edilib”.  

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin təqdimatı zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.  
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başladı


“Komitəmizdə aparılan müzakirələrdən sonra belə bir qənaətə gəlinib ki, dövlət büdcəsinin effektiv icrası üçün “Büdcə sistemi haqqında” qanunun təkmilləşdirilməsinə və ya daha çevik “Büdcə Məcəlləsi”nin qəbuluna, intizamlılığın daha da gücləndirilməsinə, büdcə təşkilatlarının hesabatlılığının artırılmasına və geniş innovativ həllərin tətbiqinə ehtiyac var”, - deyə komitə sədri əlavə edib.  

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin