Parlament dövlət büdcəsinin icrası layihəsini ilk oxunuşda qəbul edib - YENİLƏNİB 

Hazırda oxunan: Parlament dövlət büdcəsinin icrası layihəsini ilk oxunuşda qəbul edib - YENİLƏNİB 

76933

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. 

Bizim.Media xəbər verir ki, sənədi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. 

Daha sonra qanun layihəsi barədə deputatlar çıxış ediblər. Sonda sənəd səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

*** 11.14

Milli Məclisdə 2021-ci ilin dövlət büdcəsinin icrası müzakirəyə çıxarılıb.

Bizim.Media xəbər verir ki, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi parlamentin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başladı


İclasda maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər rəsmi şəxslər iştirak edir.

Qanun layihəsini parlamentin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Tahir Mirkişili (maliyyə naziri Samir Şərifov) təqdim edir.

Layihəyə əsasən, 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 26396,3 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,8 faiz çox, xərcləri 27422,4 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,9 faiz az və müvafiq olaraq dövlət büdcəsinin kəsiri 1026,1 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 67,1 faiz az olub.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin