Qollarından əməliyyat olunan Şəbnəm: “3 ildir qaçış aparatı almışam, üstünə çıxmamışam” - VİDEO  

Hazırda oxunan: Qollarından əməliyyat olunan Şəbnəm: “3 ildir qaçış aparatı almışam, üstünə çıxmamışam” - VİDEO  

76927

“Geyim mağazamın açılışının ilk günü plastik əməliyyat olundum. Şou aləmində əməliyyat etdirməyən bir mən qalmışdım. Mən də əməliyyat olundum. Dodağıma gel, üzümə isə botoks etdirməmişəm”.  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib.  

“Ramazan” bayramı ərəfəsində həmkarları kimi sənətçi də “qonşudan geri qalma” prinsipinə əməl edərək, bıçaq altına uzanıb. Qarnındakı artıq piylərdən və qollarından əməliyyat olunan Tovuzlu onların incəldiyini söyləyib.  

“Qarın bölgəmdən və qollarımdan əməliyyat olundum. Çox zaman geyimlərimə irad tuturdular. Çəkim 70 kq-dan yuxarı olmayıb. O çəkidə hər zaman qalmışam. Ən aşağı çəkim isə 68 kq olub.
Boyum 1,55 sm. Boyuma görə dedilər ki, 60 kq. olmalısan. Amma o çəkiyə düşə bilmirəm. Çünki yeməyi çox sevirəm.  

Qollarımdan kopleks keçiririm. 12 yaşımdan atam məni üzgüçülüyə aparıb. Bu səbəbdən də qollarım əzələli və həcimli idi. Qollarımı incəltmək üçün əməliyyat olundum, peşman deyiləm. Evə 3 ildir qaçış aparatı almışam, amma bir dəfə də olsun üstünə çıxmamışam. Zaman qıtlığından idmana vaxt qalmır”.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin