VİP sədrinin müavini Billur Hümbətovun facebook səhifəsində iqtidar-müxalifət dialoqu ilə bağlı maraqlı fikirlər yer alıb. Moderator.az həmin yazını oxucuların diqqətinə çatdırır:
“Eşitdim
ki, hakimiyyət uzun fasilədən sonra iqtidar- müxalifət görüşü təşkil etmək istəyir.
Mənim qənaətimə görə, iqtidar-müxalifət yaxınlaşmasını həzm edə bilməyən və hər
vəchlə bunun qarşısını almağa çalışan bəzi hakimiyyət təmsilçiləri əvvəl qəbul
edilmiş razılaşmanı pozaraq görüşün gündəliyini birtərəfli qaydada müəyyənləşdirmiş
və eləcə də görüşün formatını dəyişdirmişlər. Bu ona hesablanıb ki, müxalifət görüşdən imtina etsin və həmin bu planı quranlar
da müxalifətin ümümmilli məsələlərdə laqeyd mövqeyə sahib olduqlarını cəmiyyətə
çatdırıb, gözdənsalma kampaniyası aparsınlar. Məsələ ondadır ki, budəfəki
görüşün gündəliyinə ölkəmizdə keçriləcək ilk Avropa oyunları ilə bağlı məsələnin
salınması təklif olunur. Həmişə
demişəm və yenə bildirmək istəyirəm ki,özümü heç kəsdən əskik müxalifərçi hesab
etmirəm və bu hakimiyyətin ölkədaxili siyasətdə çox səhvlərə yol verdiyini
bildirmişəm, xalqın sərvətinin israfçılıqla göyə sovrulmasını da və bir qrup şəxsin
bu sərvətlərə sahiblənməsini də ədalətsizlik hesab edirəm. Eyni zamanda
hakimiyyÉ™tin hÉ™r hansı müsbÉ™t addımını da tÉ™qdir etmiÅŸÉ™m. Æx8fgÉ™r söhbÉ™t
dövlətimin, millətimin maraqlarından gedirsə, onda biz müxalifətçiliyi də, fərdi
maraqlarımı da unutmalıyiq. Hesab edirəm ki, I Avropa Oyunlarının bizim ölkədə
keçrilməsi ümummilli məsələdir və bir azərbaycanlı kimi bu mənə də qürur verir
və bu oyunların uğurla başa çatmasını arzulayıram. İstər Azərbaycanımızın
Avropada və dünyada daha yaxından tanınması baxımından, istərsə də avropalıların
bizi yaxından tanımaları baxımından bu bizə fayda verəcəkdir. Hesab edirəm ki, dövlətini,
millətini sevən hər bir vətəndaş, istər müxalifətçi olsun, istərsə də hakimiyyət
təmsilçisi, bu cür düşünür. O ki, qaldı yalnız öz mənfəətini düşünənlərə,
bunlar təkcə müxalifət sıralarında deyil, eləcədə də hakimiyyətin siralarında
az deyil. Hakimiyyətdə təmsil olunan belələri vəzifədən çıxarılan kimi mövqelərini
180 dərəcə dəyişirlər və ən qatı müxalifətçi olurlar. Ona görə də
iqtidar-müvalifət dialoqunun baş tutmamasına və ümumiyyətlə müxalifətçilərin simasında
düşmən obrazının yaradılmasına imkan verməmək üçun müxalifyönlü partiyalarin ilk
Avropa Oyunların keçrilməsi ilə bağlı xalqa birgə müraciət qəbul etmələrinə
ehtiyac olduğunu düşünürəm. Görüşdə
iştirak edib-etməmələri isə önəmli deyil. Onsuz da onun sonuncu olacağını hesab
edirəm.
Tanrı millÉ™timizi qorusun!â€x9d


































































































