Diplomatlar Kəlbəcərdə oldular – YENİLƏNİB - FOTO

Hazırda oxunan: Diplomatlar Kəlbəcərdə oldular – YENİLƏNİB - FOTO

76909

Azərbaycanda akkreditə olmuş diplomatik korpus nümayəndələri və hərbi attaşelər Kəlbəcər şəhərində olublar.

Bizim.Media xəbər verir ki, nümayəndə heyəti ermənilərin Kəlbəcərdə törətdiyi dağıntılarla tanış olub.

Onlara şəhərdə törədilən dağıntıların miqyası, aparılan quruculuq işləri barədə məlumat verilib. Xarici diplomatlar Kəlbəcər şəhərindəki Bayraq meydanında da olublar.

Qeyd edək ki, Azərbaycanda akkreditə olmuş diplomatik korpus nümayəndələri və hərbi attaşelər bu gün Kəlbəcərə səfər ediblər. Səfərin məqsədi diplomatları Ermənistan silahlı qüvvələrinin işğal zamanı Kəlbəcər şəhərində törətdiyi vəhşiliklərlə, cinayət izləri ilə tanış etməkdir.

*** 14.58

Azərbaycanda akkreditə olmuş diplomatik korpus nümayəndələri və hərbi attaşelər Kəlbəcər səfəri çərçivəsində ermənilər tərəfindən törədilən "Tunel qırğını" baş verən ərazidə olublar.

Bizim.Media xəbər verir ki, ermənilərin işğal zamanı Kəlbəcəri tərk etmək istəyən sakinlərə qarşı Kəlbəcər-Laçın tunelində törətdiyi qətliam barədə nümayəndə heyətinə məlumat verilib.

"Tunel qırğını" şahidləri diplomatlara ərazidə ermənilərin törətdiyi faciə barədə məlumat veriblər. Qətlə yetirilən insanların xatirəsi yad olunub.

Diplomatik korpus nümayəndələri və hərbi attaşelərin Kəlbəcərə səfəri davam edir.

*** 13.54

Diplomatik korpus nümayəndələri Kəlbəcər rayonuna səfər çərçivəsində Qarabağda su elektrik stansiyalarının bərpası işləri ilə tanış olublar.

Bizim.Media xəbər verir ki, qonaqlar Kəlbəcər və Laçın rayonlarında iki su elektrik stansiyasının bərpası ilə bağlı işlərin başladığı barədə məlumatlandırılıb. Bu stansiyalar erməni işğalı dövründə tamamilə dağıdılmışdı.

Diplomatik korpus nümayəndələri Kəlbəcərdə su elektrik stansiyasını nəzərdən keçirib və onun işi ilə tanış olublar.

Xatırladaq ki, diplomatik korpusun Kəlbəcər səfərində 50 ölkədən 80-dən çox diplomat və hərbi nümayəndə, eləcə də 10 beynəlxalq təşkilat iştirak edir. Bu, diplomatik korpus nümayəndələrinin azad edilmiş ərazilərə doqquzuncu səfəridir.

*** 09.42

Ölkəmizdə akkreditə olmuş diplomatik korpus üzvləri və hərbi attaşelərin Kəlbəcərə səfəri başlayıb. 

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, xarici diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə tanışlıq səfərlərinin təşkili davam etdirilir. 

Səfər Göygöl rayonunun Toğanalı kəndində başlayıb.

Bu səfərlər 44 günlük Vətən Müharibəsindən dərhal sonra Prezidentin müvafiq tapşırığı əsasında təşkil edilir. Məqsəd Ermənistanın işğal dövründə Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklərlə diplomatların yerində tanış olmasına şərait yaratmaq və bu barədə ölkələrinə məlumat verməsidir. 

Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri, “ Kəlbəcər-1 ” Su Elektrik Stansiyası, yeni inşa edilən Murovdağ Tuneli, “Tunel qətliamı”nın baş verdiyi ərzi, Kəlbəcər şəhərində məsçid, Bayraq meydanı, Tarix-diyarşünaslıq muzeyi, Qədim daş heykəlləri, Şahmat məktəbinin binası və “İstisu ” sanatoriyası ilə tanış olacaqlar. 
Səfərin məqsədi diplomatları Ermənistan silahlı qüvvələrinin işğal zamanı Kəlbəcər şəhərində törətdiyi vəhşiliklərlə, cinayət izləri ilə tanış etməkdən ibarətdir. 

Qeyd edək ki, Kəlbəcər səfəri Azərbaycanda akkreditə olan diplomatik korpusun işğaldan azad edilmiş ərazilərə artıq sayca 9-cu səfəridir. Səfərdə 50-dən çox ölkə və 10-a qədər beynəlxalq təşkilatdan 80 nəfərdən çox diplomat və hərbi nümayəndələr iştirak edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin