Qarabağ regionunda bərpaolunan enerji mənbələrindən istifadə üzrə yaşıl zona konsepsiyasının hazırlanmasına başlanılıb.
Bizim.Media xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə deyib.
“Ən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, Qarabağ regionunda bərpaolunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək yaşıl zona, yaxud yaşıl məkan konsepsiyasının hazırlanmasına başlanılıb. Bu istiqamətdə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi ilə müzakirələr aparılmaqdadır.
İlkin qiymətləndirmələrə görə, bu ərazilərdə 4000 meqavatdan çox Günəş, 500 meqavatadək külək enerjisi potensialı var. Kiçik su elektrik stansiyalarının inventarlaşdırılması işinə başlanılıb. İlkin məlumatlara görə, bu stansiyaların sayı 30-a yaxındır, lakin əksəriyyəti yararsız hala salınıb. Üç stansiyada artıq bərpa işlərinə başlanılıb.
Yaşıl enerji layihələrinə xarici investorların cəlb edilməsi üzərində iş aparılır. Cəbrayıl rayonu ərazisindəki “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarının tikintisinin başa çatdırılması bu ərazilərin enerji təminatına öz töhfəsini verəcək”, - deyə nazir vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:54 / 07.01.2021
Yaşıl məkan konsepsiyası hazırlanır
Hazırda oxunan: Yaşıl məkan konsepsiyası hazırlanır
Hazırda oxunan: Yaşıl məkan konsepsiyası hazırlanır
7688
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.