Müharibə bütün hallarda insanlara bədbəxtlik gətirir. Təsadüfi deyil ki, Rusiya vətəndaşlarının böyük əksəriyyəti hazırda özlərini heç də xoşbəxt hesab etmirlər. Bunu aparılan sorğular və araşdırmalar da təsdiq edir.
Rusiyanın “Ipsos-i-Say” panelinin onlayn sorğusunda iştirak edənlərin böyük hissəsi ən azı qısa müddətdə xoşbəxt olmaq üçün xarici ölkələrə üz tutduqlarını söyləyiblər.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, “Ipsos-i-Say”-ın Marketinq direktoru Lyudmila Noviçenkova keçirilən sorğuda əldə edilən bəzi maraqlı məqamları açıqlayıb.
O bildirib ki, “bütün respondentlər üçün qeyd-şərtsiz xoşbəxtlik mənbəyi hələ də uşaqlardır. Respondentlərin 58%-i belə düşünür (keçən il 59% idi).
Respondentlərin böyük hissəsi(49%-i) “həyatlarını məna ilə doldurmağın” ən yaxşı yolu kimi xaricə səyyahət etmək və qısa müddətdə xoşbəxt olmaq üçün yeni tərəf müqabili tapmaqda görür.
Ötən il sevgi macərası axtarmaq üçün xaricə üz tutan respodentlərin payı cəmi 42 % olub. Son bir ildə isə fərq 7 % artıb”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Region
13:11 / 30.05.2022
Rusiyalı turistlərin xaricə üz tutmasının əsas səbəbi bu imiş...
Hazırda oxunan: Rusiyalı turistlərin xaricə üz tutmasının əsas səbəbi bu imiş...
Hazırda oxunan: Rusiyalı turistlərin xaricə üz tutmasının əsas səbəbi bu imiş...
76826
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.