İşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən təminatlarla bağlı rəsmi AÇIQLAMA

Hazırda oxunan: İşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən təminatlarla bağlı rəsmi AÇIQLAMA

76807

Azərbaycanın vergi sistemində aparılan islahatlarda sosialyönümlü dəyişikliklər xüsusi yer tutur.

Bizim.Media Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, ölkə əhalisinin rifah halının yaxşılaşdırılması dövlətimizin sosial-iqtisadi siyasətinin mühüm prioritetlərindən biridir.

Bu istiqamətdə aparılan islahatlara uyğun olaraq Azərbaycan Respublikasının Qanunvericilik sistemində 2022-ci ildə bir sıra sosialyönümlü dəyişikliklər olunub.

Əmək Məcəlləsinə əsasən, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əməkhaqqının azı 3 misli miqdarında müavinət ödənilir.

Bununla yanaşı, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən müavinətlər 2005-ci ildən etibarən Vergi Məcəlləsinə görə gəlir vergisindən azadolmalar və güzəştlər hissəsindən çıxarılmışdı və 2021-ci ilədək Vergi Məcəlləsinə uyğun olaraq 14 faiz dərəcə ilə vergiyə cəlb olunurdu.
Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş 102.1.4-cü maddəsinə əsasən, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin