Ukrayna ordusu Krivoy Roqun cənubunda əks hücuma keçdi

Hazırda oxunan: Ukrayna ordusu Krivoy Roqun cənubunda əks hücuma keçdi

76782

Krivoy Roqdan cənubda keçirilən əks-hücum nəticəsində 63 rus hərbçisi və 19 rus texnikası məhv edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Krivoy Roq hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul məlumat yayıb.

Onun sözlərinə görə, həftə həm Krivoy Roq üçün, həm də ümumilikdə bu istiqamətdə çox gərgin olub.

Belə ki, həftə ərzində Krivoy Roq iki dəfə raket zərbələrinə məruz qalıb, çərşənbə günü isə sənaye müəssisələrindən birinin ərazisinə üç qanadlı raket düşüb.

"Dünən saat 20:00-dan sonra düşmən Krivoy Roq sənaye zonasının müəssisələrindən birinin ərazisinə bir neçə raket zərbəsi endirib. Zavod praktiki olaraq məhv edilib. Xilasetmə bölmələri bütün gecə və səhər yanğının nəticələrini aradan qaldırıb. Allaha şükürlər olsun ki, itki yoxdur. Artıq bütün dağıntılar sökülüb”, - Vilkul bildirib.

O vurğulayıb ki, düşmən bütün təmas xətti boyunca atəş açmağa davam edir, ruslar isə bütün növ reaktiv reaktiv sistemlərdən, top artilleriyasından, tanklardan, minaatanlardan və döyüş təyyarələrindən, həmçinin Cenevrə konvensiyası tərəfindən qadağan edilmiş kaset və fosforlu sursatlardan istifadə edir.
Düşmən Trudolyubovka, Malaya Şesternya, Dobryanka, Knyazevka, Tokarevo yaşayış məntəqələrinin ərazisini atəşə tutub.

Onun sözlərinə görə, cəbhənin Krivoy Roq istiqamətində vəziyyət gərgin olsa da, sabit və idarə olunandır.

"Krivoy Roqdan cənubda uğurlu əks-hücum həyata keçirilib. 63 rus hərbçisi və 19 rus texnikası, o cümlədən müasir T-72 tankları, "Qrad" reaktiv yaylım atəş sistemi, artilleriya, helikopterlər və bir SU-35 təyyarəsi məhv edilib", - Vilkul deyib.

Xatırladaq ki, daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin Xerson vilayətində əks-hücum əməliyyatına başladığı bildirilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin