Müğənni Manaf Ağayev həmkarı Samir Piriyevə ev alıb.
Bizim.Media xəbər verir ki, səs-küy və müzakirələrə səbəb olan bu məsələnin üstü "Şourum" maqazin verilişində açılıb.
Manaf illər əvvəl Samirə ev alması üçün yardım əlini uzatdığını açıqlayıb.
"Samirə borc pul vermişəm ki, özünə ev alsın. O da həmin pulu qaytarıb. Təkcə Samirə yox, bir çox ifaçılara gücüm çatan qədər maddi köməklik göstərmişəm. İndi kim-kimə borca 100 manat pul verir?! Bu köməkliyi etmişəm, halal xoşları olsun. İmkanım nəyə çatırsa, dostlarıma yardım əlimi uzadıram".
Rəşad Əliyev, Bizim.Media