Bizim.Media məlumat verir ki, ABŞ-da dünən axşamdan etibarən başlayan etiraz aksiyalarına dünyanın fərqli ölkələrindən reaksiyalar gəlməkdə davam edir.
Dünən axşam Türkiyə Xarici İşlər Nazirliyindən verilən rəsmi açıqlamada Ankaranın ABŞ-da prezident seçkilərindən sonra yaşanan daxili çəkişmələri narahatlıqla izlədiyi qeyd olunub.
Tərəfləri təmkinli və ehtiyyatlı olmağa dəvət edən Türkiyə Xarici İşlər Nazirliyi, ABŞ-ın bu daxili siyasi böhrandan yetkin şəkildə çıxacağına inandıqlarını qeyd edib.
MÖVZU İLƏ BAĞLI :
ABŞ-da baş verənlər - VIDEO İCMAL
Eyni zamanda nazirlik ABŞ-da yaşayan Türkiyə vətəndaşlarına da etiraz aksiyalarının keçirildiyi bölgələrə səfər etməmələrini də məsləhət görüb.
Diqqət çəkən məqam isə oxşar üslub və leksikondan daha əvvəllər ABŞ-ın digər ölkələrdəki etiraz aksiyalarına münasibət bildirilərkən istifadə etmiş olmasıdır. Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatı çox dəqiqliklə ABŞ-ın Yaxın Şərqdə baş verən etirazlar zamanı verdiyi bəyanatlara oxşayır.
Bizim.Media