İcazə olmadan polietilen torbalar istehsal edilir - Nazirlik

Hazırda oxunan: İcazə olmadan polietilen torbalar istehsal edilir - Nazirlik

7668

“İlkin monitorinqlərin nəticələrinə görə, polietilen torbaların istehsalı zamanı tələblərə riayət olunmur”.

Bizim.Media-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, ölkədə fəaliyyət göstərən iri marketlərin satış və marketinq üzrə mütəxəssislərinin iştirakı ilə onlayn görüşdə İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Araz Əliyev deyib.

O qeyd edib ki,qanunvericiliyin tələblərinə riayət etmək üçün insanları hazırlamaq lazımdır:

“İlk tələb istehsalçılar üzərinə qoyulmalıdır. Onlar polietilen torbaların istehsalı zamanı standartları müəyyən etməlidirlər. Ticarət şəbəkəsində, istehsal sahəsində maarifləndirmə aparılmalıdır”.

Şöbə müdirinin sözlərinə görə, bir çox istehsalçılar icazəsi olmadan polietilen torbaları istehsal edib satırlar. “Bu məsələlərə xüsusi diqqət edilməlidir. İstehsalçı məhsulun markalanmasını düzgün aparmalıdır. Standartda uyğun olanları markalanmada göstərməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin