Biləsuvarda avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısının alınması məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, bu məqsədlə Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən nəqliyyatın hərəkətinin sıx olduğu küçə və prospektlərdə təşkil olunan növbəti nəzarət tədbirləri zamanı sürücülərə bir daha izah olunub ki, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitəsinin istismarına yol verilməlidir.
Atmosferə ixrac etdiyi zərərli qazların miqdarı normadan artıq olan avtomobillərin sürücüləri barəsində inzibati qaydada protokollar tərtib edilib.
Keçirilən nəzarət-profilaktiki tədbirlər nəticəsində digər qayda pozuntularına yol verən sürücülər barəsində də qanunamüvafiq tədbirlər görülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:50 / 28.05.2022
Biləsuvarda havanı çirkləndirən sürücülər cərimələndi
Hazırda oxunan: Biləsuvarda havanı çirkləndirən sürücülər cərimələndi
Hazırda oxunan: Biləsuvarda havanı çirkləndirən sürücülər cərimələndi
76668
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.