Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan qapalı həbsxanasında əfv sərəncamı icra edilib.
Bizim.Media xəbər verir ki, bu həbsxanda 23 ildir cəza çəkən ömürlük məhkum, iş adamı Şəmsi Səmədzadə və müddətli məhkum Nurəddin Mustafayev azadlığa buraxılıblar.
MÖVZU İLƏ BAĞLI:
Ömürlük həbsdən azad edilən Şəmsi Səmədzadə azadlıqda
Əfv sərəncamının icrasında Ombudsman Səbinə Əliyeva və Pentensiar Xidmətin rəis müavini Oqtay Məmmədov da iştirak ediblər.
Pentensiar xidmətin rəis müavini Oqtay Məmmədov bildirib ki, əfv sərəncamına əsasən 168 nəfər həbsdən dərhal azad edilib, 30 nəfərin cəzası aşağı salınıb.
Ombudsman Səbinə Əliyeva deyib ki, Prezidentin sayca 68-ci əfv sərəncamında bir nəfər ömürlük cəza çəkən şəxs var:
"İlk dəfədir ki, ömürlük cəza çəkən şəxs dərhal azad edilir. Bundan əvvəl də ömürlük cəza çəkənlər əfv olunub, amma onların cəzası yarıbayarı aşağı salınıb, amma bu ilk dəfədir ki, həbsdən dərhal azad edilir. Buna görə də məhkumu və ailəsini təbrik edirəm".
Daha sonra tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri, hüquq müdafiəçiləri əfv sərəncamının icrasını alqışlayıblar. Əfv olunan Şəmsi Səmədzadə və digər məhkumu, onların ailə üzvlərini təbrik ediblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:01 / 28.05.2022
Prezidentin əfv etdiyi ömürlük məhbus belə azad edildi - FOTO
Hazırda oxunan: Prezidentin əfv etdiyi ömürlük məhbus belə azad edildi - FOTO
Hazırda oxunan: Prezidentin əfv etdiyi ömürlük məhbus belə azad edildi - FOTO
76646
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.