ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan xalqını və hökumətini Müstəqillik Günü münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytında məlumat verilib.
“Amerika Birləşmiş Ştatları adından, Azərbaycanın Müstəqillik Gününü təbrik edirəm. Bu il biz Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyini qeyd edirik. Azərbaycanın Sovet İttifaqından müstəqillik əldə etməsindən keçən otuz il ərzində biz Avropanın enerji təhlükəsizliyinin təşviqində, transmilli təhdidlərlə mübarizədə, ikitərəfli ticarət və investisiyaların inkişafında güclü tərəfdaşlara çevrilmişik. Biz Azərbaycanın terrorizmə və qeyri-qanuni ticarət şəbəkələrinə qarşı qlobal mübarizəyə verdiyi töhfələri, habelə Ukraynaya dəstəyinizi, xüsusilə humanitar yardımınızı dərindən qiymətləndiririk”, - deyə təbrikdə bildirilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:49 / 28.05.2022
ABŞ dövlət katibi Azərbaycan xalqını təbrik etdi
Hazırda oxunan: ABŞ dövlət katibi Azərbaycan xalqını təbrik etdi
Hazırda oxunan: ABŞ dövlət katibi Azərbaycan xalqını təbrik etdi
76640
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.