Salmonella virusunun yayılmasından sonra ilk dəfə danışan “Kinder” şokoladlarının istehsalçısı “Ferrero”nun baş direktoru Neykov virusun “Kinder”ə necə və haradan keçdiyi ilə bağlı açıqlamalar verib.
Bizim.Media xəbər verir ki, o, şirkətə ünvanlanan tənqidlərə cavab verib.
"Virus süd çəninə düşüb və oraya ya əvvəllər yoluxmuş xammal vasitəsilə daxil olub, ya da işçilər tərəfindən ötürülüb."
Dekabrın 15-də salmonellanın ilk aşkar edildiyi vaxtda Arlon fabrikini bağlamadığı üçün ciddi tənqidlərə məruz qalmasına isə şirkət rəsmisi belə cavab verib:
"Dekabrın 15-də biz bütün istehsalı dayandırdıq və hazır məhsulları atdıq. Sonrakı günlərdəki bütün sınaqlarımızın nəticəsi neqativ olduğu üçün fabriki yenidən açdıq".
"SON 20 İLİN ƏN BÖYÜK MƏHSUL İTKİSİ"
Çoxlu məhsulun geri çağırıldığına diqqət çəkən Neykov, bunun son 20 ilin ən böyük “məhsul geri çağırışı” olduğunu bildirib:
“Təkcə Fransada 3000 tondan çox Kinder məhsulu bazardan çıxarılıb”.
Qeyd edək ki , ən çox şokolad satışı dövründə şirkət dövriyyəsinin 40 faizini itirib və ilin sonunda olacaq zərər on milyonlarla avro civarında təxmin edilir.
Kinder məhsullarında “Salmonella” necə ortaya çıxdı?
Şokolad istehsalçısı Ferrero-nun “Kinder Surprise” və digər məhsullarında ortaya çıxan “Salmonella” bakteriyasına görə, 12 müxtəlif ölkədən ən azı 324 nəfərin Salmonellaya yoluxduğu müəyyən edilib.
Xəstəlik ən çox 16 yaşdan kiçik uşaqlara təsir edir. Avropa ölkələrindəki xəstələrin yarısı artıq xəstəxanaya yerləşdirilib.
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) məlumatına görə, yoluxma sayının ən çox olduğu ölkə 102 qeydə alınmış fakt ilə Böyük Britaniyadır. Fransada isə 73 nəfər Salmonella bakteriyasına yoluxub.
Bəs sözü gedən “SALMONELLA” bakteriyası nədir?
Bağırsaq sisteminə təsir edən bakterial xəstəlik olan salmonellanın simptomlarına 72 saat ərzində ishal, qızdırma və qarın ağrısı daxildir. Qarın ağrısı, qızdırma və ishal kimi əlamətlərlə özünü göstərən salmonella tipik olaraq heyvanların və insanların bağırsaqlarında yaşayır və nəcislə xaric olur.
Leyla Şah, Bizim.Media
- A-
- A
- A+
Dünya
16:00 / 28.05.2022
“Kinder” Salmonella bakteriyasına necə yoluxub? - Şirkətdən ÖZƏL AÇIQLAMA
Hazırda oxunan: “Kinder” Salmonella bakteriyasına necə yoluxub? - Şirkətdən ÖZƏL AÇIQLAMA
Hazırda oxunan: “Kinder” Salmonella bakteriyasına necə yoluxub? - Şirkətdən ÖZƏL AÇIQLAMA
76619
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.