31 avqust 2020-ci il tarixdə, saat 21 radələrində Şabran rayonu ərazisində Musayıbova Leyla Oktay qızının öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Şabran rayon Prokurorluğundan Bizim.Media-ya verilən məlumatına görə, istintaq zamanı qadının öz qardaşı Abdulov Elşən Oktay oğlu ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Samur-Abşeron su kanalının üzərində yerləşən körpüdən suya atılaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:54 / 07.01.2021
Bacısını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
Hazırda oxunan: Bacısını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
Hazırda oxunan: Bacısını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
7661
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.