“Bilmədiyim söyüşləri “Tik-Tok”da görürəm. 52 yaşım var, hələ də o söyüşləri bilmirəm. Amma qadınlardan elə söyüşlər eşidirəm ki,… Onlar haradan o söyüşləri icad ediblər? Onlara o söyüşlə dərsləri kim keçib? Qadın və söyüş! Bir var yüngül, bir də var ki, köklü söyüş. Onlar köklü söyüşlər söyürlər”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə “MTV maqazin” verilişinə müsahibəsində deyib.
“Tik-Tok” sosial şəbəkəsindəki özbaşınalıqlardan söz açan sənətçi, orada aktiv olan “fenomenləri” əxlaqsızlığı təbliğ etməkdə günahlandırıb.
““Tik-Tok” tərbiyəsizliyi, abırsızlığı, əxlaqsızlığı təbliğ edir. Bəzi oğlanlar var ki, efirə çıxıb “qaqaş” və “kişi” söhbətləri edirdilər. İndi isə “Tik-Tok”da bambılılıq edirlər. Demək, sən əslində “o” imişsən, efirdə isə obraza girmişdin. Nə qadına, nə də ki kişiyə “Tik-Tok”da hoqqa verib, oyun çıxartmaq yaraşmır”.
Sənətçi “Tik-Tok”da hesabının olduğunu bildirsə də, orada çoxlarından fərqli olaraq, zövqlü musiqiləri təblig etdiyini dilə gətirib.
“Mənim də “Tik-Tok”da hesabım var. Yeddi-səkkiz videolarım var. Amma orada “bambılı” və ucuz videom yoxdur. Keyfiyyətli və zövqlü musiqilərim var”.
Həmkarı Zemfira İbrahimovanın müğənniyə “Orada yaxşı pul qazanmaq olur” çağırışına isə Nadir efir vasitəsi ilə sərt cavab verib:
““Tik-Tok”a girib kimdənsə pul istəsəm, o gün özümü asaram. Allah məni o günə qoymasın”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:10 / 28.05.2022
Nadir od püskürdü: “Tik-Tok”da kimdənsə pul istəsəm, o gün özümü asaram” – VİDEO
Hazırda oxunan: Nadir od püskürdü: “Tik-Tok”da kimdənsə pul istəsəm, o gün özümü asaram” – VİDEO
Hazırda oxunan: Nadir od püskürdü: “Tik-Tok”da kimdənsə pul istəsəm, o gün özümü asaram” – VİDEO
76608
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.