Azərbaycanda saxta referendum xəbərlərinin yayılması nəyə hesablanıb?

Hazırda oxunan: Azərbaycanda saxta referendum xəbərlərinin yayılması nəyə hesablanıb?

76569

Son günlər ölkəmizdə Konstitusiyaya dəyişikliklərin edilməsi ilə bağlı referendumun keçiriləcəyi haqqında geniş söz-söhbətlər yayılıb. İlk olaraq “BBC Azərbaycan” tərəfindən ortaya atılan iddianın daha geniş oxuyucu kütləsinə çatdırılması üçün xəbər hətta sosial şəbəkələrdə reklama da qoyulub. 

Azərbaycandakı müəyyən qrupların informasiya dəstəyi ilə şaiyələr daha da geniş yayılıb. Təəssüflər olsun ki, sonradan bir sıra xəbər portalları da bu “feyk”i tirajlamağa başladı və söz-söhbətlər ictimai-siyasi sferada da müzakirə predmetlərindən birinə çevrildi. 

Adlar məlum, məqsəd bəlli...

Təbii ki, xəbəri uydurub, onu bəh-bəhlə tirajlayan media qurumuna və bu çağırışa eyni həvəslə qoşulan digər “jurnalist” və “fəal”lara baxdıqda bu iddianın heç nədən yayılmadığı ilə bağlı ciddi şübhələr yaranır. Çünki meydanların, azadlıqların, fərqli mərkəzlərdən gələn səslərin, eləcə də LGBT bayraqlarını başlarının üstündən əksik etməyən şəxslərin əvvəllər də bu cür reallıqla daban-dabana zidd məlumatlar yaydığının şahidi olmuşuq. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda referendumun keçiriləcəyi ilə bağlı iddialar yalandır 


Bundan əlavə saxta referendum informasiyasının yayılmasına fərdi təxribatdan daha çox, bir müddətdir davam edən sabotaj prosesinin bir parçası kimi yanaşmaq daha doğru olardı. Bir neçə gün əvvəl şəhərin mərkəzində LGBT bayraqları ilə bəzədilmiş aksiya, daha sonra “küçə itlərini öldürməyin” şüarı altında maskalanmağa çalışan qrup da eyni niyyətlərlə ortalığı vəlvələyə verməyə çalışırdı. Nə qədər pərdələməyə çalışsalar da, həmin təxribatların da sifarişinin eyni mənbədən gəldiyi gün kimi aydın idi.

Ona da əminik ki, diqqətli oxuyucu adıçəkilən saytlarda qısa müddət vaxt keçirməklə onların məqsədini asanlıqla başa düşə bilər. Hər cümləsində, hüquq və azadlıq terminlərini bol-bol istifadə edən, sifarişləri haradan aldığı bəlli olan “jurnalistlər”in daxili stabilliyi pozmaq niyyətləri bütün çılpaqlığı ilə hiss edilir. Bunlar yeni gündəm arxaysıyca sürünənlərin süni gündəm yaratmaq, Azərbaycan dövlətinin xarici və daxili arealda qazandığı sabitliyi pozmaq cəhdlərindən başqa bir şey deyil.

Köhnə kəndin, köhnə adəti

Bir məqamdan da diqqəti yayındırmamalıyıq ki, ölkə gündəminə bu cür əsassız iddialar adətən regional proseslərin Azərbaycanın lehinə irəlilədiyi və ciddi ictimai-siyasi hadisələrin baş verdiyi vaxtlara təsadüf edir.

Məlum qüvvələr bu dəfə də hər zamankı adətlərinə sadiq qalıblar:

Birincisi, mayın 22-də keçirilən Brüssel görüşündən sonra delimitasiya və regional kommunikasiyaların açılmasında, eləcə də sülh gündəliyində ciddi irəliləyişlər müşahidə olunur.

İkincisi, bütün dünyanın diqqət mərkəzində olan “Teknofest-Azərbaycan” festivalı keçirilir. Eləcə də, Bakı Humanitar Forumu kimi mötəbər tədbiri və “Formula 1” kimi dünyaca nüfuzlu yarışın baş tutacağını da unutmamalıyıq.

Burada digər məqamı da xatırlatmaq yerinə düşər. Belə ki, NED-in (National Endowment for Democracy) 2022-ci il üçün Azərbaycana ayırdığı təsdiqlənmiş qrantın (970 min dollar) istifadəsi üçün son tarix mayın 25-də başa çatırdı. BBC-nin saxta referendum iddiası isə məhz ondan bir gün əvvəl, mayın 24-də ortaya atıldı.

Təbii ki, Azərbaycan üçün bu cür müsbət yeniliklərin yaşandığı bir vaxtda xaricdən sifariş alanların dinc dayanmayacağı bəlli idi. 

Məqsəd də bəllidir: Həssas dönəmdə ictimai rəyi çaşdırmaq, ölkədə yeni müzakirə obyekti və süni siyasi fəallıq yaratmaq. Maraqlısı odur ki, bu müzakirələrə bəzən “siyası ekspertlər” də qoşulur… 
 

Bu baxımdan sual yaranır, onlar da xaricdən sifariş icraçıları olduqlarının fərqindərdilərmi, yoxsa bəzi hallarda mətbəxdə müzakirə etdiklərini yayır, və ya ölkədaxili sifarişçilərinin əmrlərini həyata keçirirlər? 


Müstəqillik Bayramımız mübarək! 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin