Belarusun "Qomel" klubu Konfrans Liqasındakı ev oyunlarını Azərbaycanda keçirə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.
Klubun oynamaq istədiyi ölkələr arasında Gürcüstan və Ermənistan da var. Əsas üstünlüyün Azərbaycan və ya Ermənistana verəcəyi gözlənilir.
"Qomel" Konfrans Liqasında mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq. Onların potensial rəqibləri arasında "Neftçi"nin də adı var.
Xatırladaq ki, UEFA Belarus millisinin və klublarının ev oyunlarını öz meydanında keçirməsinə qadağa qoyub.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:39 / 27.05.2022
Belarus klubu avrokubokdakı ev oyunlarını Bakıda keçirə bilər
Hazırda oxunan: Belarus klubu avrokubokdakı ev oyunlarını Bakıda keçirə bilər
Hazırda oxunan: Belarus klubu avrokubokdakı ev oyunlarını Bakıda keçirə bilər
76496
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.