Horadiz-Ağbənd dəmir yolu xətti yekunlaşır – VİDEO 

Hazırda oxunan: Horadiz-Ağbənd dəmir yolu xətti yekunlaşır – VİDEO 

76414

Horadiz-Ağbənd dəmir yolu xətti layihəsinin birinci mərhələsi üzrə nəzərdə tutulan tikinti işlərinin artıq 90 %-i tamamlanıb. 

Bizim.Media bu barədə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupuna istinadən xəbər verir. 

Məlumata görə, layihənin II mərhələsi üzrə Soltanlı, Qumlaq, Həkəri və Mincivan stansiyalarını əhatə edən 55 km yolun tikintisi işləri sürətlə şəkildə davam etdirilir. 

2021-ci ilin fevral ayında ölkə prezidentinin təməlini qoyduğu Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km təşkil edir.  

Layihə üzrə tikinti-quraşdırma işlərinin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulub. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin