Mingəçevirdə atası tərəfindən işgənclərə məruz qalan 19 yaşlı psixoloji qüsurlu qız həkim nəzarətinə götürülüb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, atası tərəfindən günlərlə həyətdə bağlı saxlanılan 2003-cü il təvəllüdlü Bədəlova Nuranə Elman qızı hüquq-mühafizə orqanlarının prosesə müdaxiləsi nəticəsində həkim nəzarətinə götürülüb.
MÖVZU İLƏ BAĞLI:
Mingəçevirdə atadan ŞOK ƏMƏL - Xəstə qızını döyüb zirzəmidə ac saxladı
O, Şəki Ruhi Əsəb Xəstəlikləri Dispanserinə yerləşdirilib.
Qeyd edək ki, ata 2003-cü il təvəllüdlü qızı - Nuranə Bədəlovanı günlərlə həyətdə dəmir dirəyə bağlı saxlayırmış. Ailəyə yaxın şəxslərin dediyinə görə, qız evdə nadinclik, nəzarətsiz hərəkətlər edirmış. Alınan operativ məlumat əsasında hüquq-mühafizə orqanları övladına ağlasığmaz işgəncə verən ata Elman Bədəlovu saxlayaraq istintaqa cəlb edib.
Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran bürosu