Əmək kitabçaları LƏĞV olunur və nə baş verir? - “İş yerlərində bu ştatlar da olmayacaq”

Hazırda oxunan: Əmək kitabçaları LƏĞV olunur və nə baş verir? - “İş yerlərində bu ştatlar da olmayacaq”

76318

Əmək kitabçalarının ləğvi ilə bağlı məsələ yenidən aktuallaşıb. Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli əmək münasibətləri zamanı kağız üzərində aparılan bütün əməliyyatların elektron qaydada həyata keçiriləcəyini açıqlayıb. 

Qeyd edək ki, əmək kitabçalarının ləğvi ilə bağlı prosesə bir neçə ildir ki, başlanıb. 2014-cü ildə isə ölkədə elektron informasiya sistemi yaradılıb. Amma əmək kitabçalarının eıektronlaşmasının icrası gecikir. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov əmək kitabçalarının ləğvi ilə bağlı işlərinin çoxunun artıq görüldüyünü qeyd edib:
 

MÖVZU İLƏ BAĞLI:

Əmək kitabçaları dövriyyədən çıxarılacaq


“Sosial Tədqiqatlar Mərkəzi olaraq bizim də dövlətə təklifimiz var idi. O da nəzərə alınıb. Əmək kitabçalarının elektronlaşması həm işçilərin, həm dövlətin, həm də işəgötürənlərin xeyrinədir. Məsələn, Rusiyada hesablayıblar ki, əmək kitabçaları dövriyyədə qaldığına görə hər il dövlət 12 milyard, biznes isə 50 milyon rubl ziyan çəkir. Azərbaycanda bunu hesablayan olmayıb. Amma bizdə də işəgötürənlər xeyli itkilərə yol verir. Hansı ki, əmək kitabçası öz mahiyyətini tamamilə itirib. Yalnız orada əmək stajı göstərilir. 2014-cü ildə elektron informasiya sistemi yaranandan sonra ona da ehtiyac qalmayıb”.

Sahib Məmmədovun sözlərinə görə indiki mərhələdə əmək kitabçası yalnız 2006-cı ilə qədər iş stajı olanlara lazım olacaq:

“2006-cı ilə qədər iş stajı olanların əmək kitabçaları dövriyyədən çıxarılıb sahibinə veriləcək. Əmək kitabçası yalnız 2006-cı ilə qədər iş stajı olanlara, pensiyaya çıxanda lazım olacaq. Sənəd kimi saxlamaq lazımdır. Ona görə o sənəd bir CV rolunu oynayaraq qalacaq. Nazirlik 2006-cı ilə qədər işləyənlərlə bağlı məsələ üzərində də çalışır. Bir neçə variant var ki, onun elektron informasiya sistemində yerləşdirilməsi prosesi gözdən keçirilir”. 

Sahib Məmmədov əmək kitabçalarının ləğvinin dövlətə, işçiyə və işəgötürənə əhəmiyyətindən də söz açıb. O, deyib ki, əmək kitabçaları elektronlaşandan sonra müəssisələrdə bununla bağlı ştatlar ləğv ediləcək:

“Elə müəssisələr var ki, 500-1000 işçisi var. Əmək kitabçalarının uçotu, jurnalı, ciddi hesabat blankı var. Onun dövriyyəsini təşkil etmək lazım olur. Bir neçə işçi buna cavabdeh olmalıdır. İşəgötürənlərə bu məsələnin xeyri odur ki, əmək kitabçası ilə bağlı ştatları ləğv edəcəklər. Dövlətə isə xeyri odur ki, bu məsələ ilə bağlı nəzarəti həyata keçirməyə ehtiyac qalmayacaq, hamısı elektronlaşacaq.  İşçi isə özü ilə iş yerlərinə bu sənədi daşımayacaq və surətini notariusda təsdiqlətməyəcək”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin