Zaxarova YouTube videohostinqini hədələdi: “Növbəti brifinqə mane olarsa...”

Hazırda oxunan: Zaxarova YouTube videohostinqini hədələdi: “Növbəti brifinqə mane olarsa...”

76304

YouTube videohostinqi Rusiya Xarici İşlər Nazirliyinin növbəti brifinqinə mane olarsa, o zaman bəzi xarici KİV nümayəndələri və ya konkret xarici jurnalistlər ölkədən qovulacaqlar.

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova səsləndirib. 

Onun sözlərinə görə, aprel ayında servis brifinqlərdən birinin yazısına girişi bloklayıb.

"Daha bir bloklanmış brifinq var. Biz bununla bağlı konkret ad və ya konkret media orqanının adını çəkəcəyik. Onlar öz evlərinə göndəriləcək". "Moskva 24" telekanalı Zaxarovadan sitat gətirib.

Qeyd edək ki, Zaxarova bir müddət əvvəl Finlandiyanı NATO-ya daxil olacağı ilə hədələyib.

"Finlandiyanın NATO-ya üzvlüyünün necə inkişaf edəcəyinin xüsusiyyətləri nəzərə alınmaqla müvafiq qərarlar hərbçilər tərəfindən qəbul ediləcək”. Zaxarova Finlandiyanın NATO-ya daxil olmasına Moskvanın necə reaksiya verəcəyi sualını belə cavablandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin