Almaniya prezidenti Frank-Valter Ştaynmayer Rusiya prezidenti Vladimir Putini qoşunları dərhal Ukraynadan çıxarmağa çağırıb.
Bizim.Media “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, mayın 25-də Ştutqartda Alman Katolikləri Günü münasibətilə çıxış edən Ştaynmayer "Ukraynanın suverenliyinə hörmət göstərin, döyüşü dayandırın" deyib.
"Cənab Putin, Ukraynadakı iztirabları və dağıntıları dayandırın! Qoşunlarınızı çıxarın! Və prezident Zelenski ilə birbaşa və ciddi danışıqlardan imtina etməyin!", o, Rusiya Federasiyasının prezidentinə müraciət edib.
Ştaynmayer “Putinin aqressiv müharibəsi təkcə Ukraynadakı insanlara təsir etmir” faktına da diqqət çəkib.
Rusiya Ukrayna limanlarında milyonlarla ton taxıl ixracını əngəllədiyi üçün dünya bazarında onun qiyməti kəskin artıb.
“Dünyanın bir çox bölgələri, xüsusən də Şərqi və Cənubi Afrika yaxın aylarda aclıq və ölüm təhlükəsi ilə üz-üzədir”, o xəbərdarlıq edib.
Almaniya prezidenti həmçinin vurğulayıb ki, “Putin müharibəsinin nəticələri hələ koronavirus pandemiyasından sağalmayan dövlətlərə və iqlim böhranı səbəbindən torpağın quruduğu bölgələrə də təsir edəcək”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:51 / 26.05.2022
Almaniya prezidentindən Putinə SƏRT ÇAĞIRIŞ
Hazırda oxunan: Almaniya prezidentindən Putinə SƏRT ÇAĞIRIŞ
Hazırda oxunan: Almaniya prezidentindən Putinə SƏRT ÇAĞIRIŞ
76280
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.