Üzv ölkələrin parlamentariləri və Türkdilli Ölkələrin Parlament Assambleyası Katibliyinin diplomatik heyətindən ibarət TÜRKPA Beynəlxalq müşahidə missiyası yanvarın 10-da Qırğızıstanda keçiriləcək növbədənkənar prezident seçkiləri və referendumun müşahidəsini gerçəkləşdirəcək.
Bizim.Media xəbər verir ki, qurumdan verilən məlumata görə, müşahidə proqramı çərçivəsində Missiyanın bir neçə dövlət rəsmiləri və namizədlərlə, eləcə də MDB PA, ATƏT PA və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun Beynəlxalq Müşahidəçi Missiyaları ilə görüşlərinin keçirilməsi gözlənilir.
MÖVZU İLƏ BAĞLI:
Millət vəkilləri Qazaxıstana gedəcək
Seçki günü TÜRKPA missiyası səsvermə prosesini yerində izləmək üçün Bişkekdəki seçki məntəqələrini ziyarət edəcək.
Yanvarın 11-də Missiya müşahidənin ilkin nəticələrinə dair mətbuat konfransı keçirəcək.
Bizim.Media