Cənubi Osetiyadakı referenduma Gürcüstanın reaksiyası nə olacaq? – Gürcü ekspertin CAVABI

Hazırda oxunan: Cənubi Osetiyadakı referenduma Gürcüstanın reaksiyası nə olacaq? – Gürcü ekspertin CAVABI

76120

Xəbər verildiyi kimi, separatçı Cənubi Osetiya rejimi iyulun 17-ə referendum təyin edib. Referendumda qondarma rejimin Rusiyaya birləşməsi məsələsinə baxılacaq. 

İndi analitikləri düşündürən bir sual var: - Referendumdan sonra Gürcüstanda nə baş verəcək?

Bununla bağlı Bizim.Media-ya açıqlamasında Gürcüstanlı politoloq Giya Xuxaşvili bildirir ki, qondarma rejimdə keçiriləcək referendum Rusiyanın siyasi manevr cəhdidir. Referendumdan sonra Rusiyanın verəcəyi qərar daha önəmlidir: 
 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstanın “3+3” platfomasına qatılmama SƏBƏBİ – Gia Xuxaşvilidən ÖZƏL


“Bu barədə nəsə demək çətindir. Rusiyanın hazırda bütün diqqəti Ukraynaya yönəlib. Bu mənada Moskvanın qondarma rejimdə keçiriləcək saxta refenendumuna münasibəti də Ukraynada necə hərəkət edə biləcəyindən asılıdır. Referendumla Moskva həmin bölgədə öz təsirini bərpa etmək istəyir. Belə referendumlar əslində Qərbin dəstəyindən məhrum etmək üçün Gürcüstana yönəlik təzyiq vasitəsidir. Bütün hallarda, hansı qərar veriləcəyi Ukraynada cərəyan edən proseslərdən asılıdır”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin