“ƏDV geri al” sistemi ilə qaytarılan vəsait 4 dəfə artıb

Hazırda oxunan: “ƏDV geri al” sistemi ilə qaytarılan vəsait 4 dəfə artıb

76095

“Hesabat ilində şəffaflaşdırma üzrə də bir sıra nailiyyətlər əldə edilib”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

O bildirib ki, əmək müqavilələri 1 milyon 684 min 797 ədəd təşkil edib ki, bu da 2020-ci illə müqayisədə artım deməkdir: 

“Onlayn kassa aparatları üzrə dövriyyələrin həcmi 2021-ci ildə 1,8 dəfə artıb. Bu da ölkədə aparılan şəffaflaşdırma siyasətinin nəticəsində mümkün olub. Ötən il “ƏDV geri al” sistemi ilə qaytarılan vəsait 2020-ci illə müqayisədə 4 dəfə artıb və şəffaflaşdırmaya öz töhfəsini verib. 
Regionlar üzrə də dövriyyələr artıb və regional siyasətin nəticələrinin artıq görülməsinə şərait yaradır. İqtisadiyyatda şəffaflaşma vəziyyətinin mühüm göstəricilərindən biri də ölkədə nağdlaşdırma səviyyəsidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin