Quba Rayon İcra Hakimiyyəti rayonda baş vermiş selin törətdiyi fəsadlarla bağlı rəsmi açıqlama yayıb.
Bizim.Media xəbər verir ki, məlumatda bildirilir:
"Mayın 24-dən rayonda başlayan aramsız yağışlar nəticəsində çaylarda yaranmış sel suları bir sıra fəsadlar yaradıb.
Ağçayın üzərində yerləşən körpünün güclü seldən uçması nəticəsində rayon mərkəzindən 13 km aralıda yerləşən Tülər kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Quba-Xınalıq yolunun 37-ci km-də Əlik bələdiyyəsinin ərazisində qaya parçalarının yola uçması nəticəsində Əlik, Haputlu, Cek, Xınalıq, Qalayxudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Yolda hərəkətin bərpa olunması üçün əraziyə xüsusi texnikalar cəlb edilib.
Quba-Susay-Xınalıq yolunun 25-ci km-də Gərey kəndi ərazisində yağıntı sularının yaratdığı sel nəticəsində körpü qəzalı vəziyyətə düşüb.
Rayonda yaranmış vəziyyətlə əlaqədar Quba İH başçısı Ziyəddin Əliyev rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, aidiyyatı qurumların rəhbərləri ilə birgə əraziyə baxış keçirib. Rayon rəhbəri aidiyyatı üzrə tapşırıqlar verib, təbii fəlakətin fəsadlarının təcili olaraq aradan qaldırılması üçün ərazilərə xüsusi texnikalar göndərilib".
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
12:33 / 25.05.2022
Qubada selin fəsadları: Yol bağlandı, qaya uçdu və körpülər... – RƏSMİ - FOTO
Hazırda oxunan: Qubada selin fəsadları: Yol bağlandı, qaya uçdu və körpülər... – RƏSMİ - FOTO
Hazırda oxunan: Qubada selin fəsadları: Yol bağlandı, qaya uçdu və körpülər... – RƏSMİ - FOTO
76092
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.