Son 5 ildə sosial müdafiə xərcləri 34,6 faiz artıb

Hazırda oxunan: Son 5 ildə sosial müdafiə xərcləri 34,6 faiz artıb

76080

Son 5 ildə (2017-2021-ci illər) sosial müdafiə və sosial təminat xərcləri 814,0 milyon manat və ya 34,6 faiz artıb.

Bizim.Media xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında yer alıb.

Hesabatda qeyd edilir ki, funksional təsnifata uyğun olaraq (dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış vəsait istisna olmaqla) 2021-ci ildə sosial müdafiə və sosial təminat xərcləri üzrə istifadə olunmuş vəsaitin 2938,9 milyon manatı və ya 92,9 faizi sosial müdafiə və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlərə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xətti ilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdləri və sosial müavinətlər, Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsindən ayırmalar, məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə ödənişlər, haqqı ödənilən ictimai işlərin təşkili xərcləri və göstərilən xidmətlərə görə publik hüquqi şəxslərə dövlət büdcəsindən ayırmalar), (2020-ci illə müqayisədə 324,1 milyon manat və ya 12,4 faiz çox), 225,3 milyon manatı və ya 7,1 faizi sosial müdafiə (ünvanlı dövlət sosial yardımı, dövlət qulluqçularına verilən müavinət, dəfn üçün müavinət, uşağın anadan olmasına görə müavinət, şəhid olanların uşaqlarına verilən müavinət və sair sosial müavinətlər) və sosial təminat (Təhsil Nazirliyinin və yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan uşaq evlərinin saxlanılması xərcləri) xərclərinə, 20,0 min manatı sosial müdafiə və sosial təminat sahələri üzrə tətbiqi tədqiqatlara (dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların dövlət büdcəsindən ayrılmış təxsisatlardan başqa əlavə gördükləri iş və göstərdikləri xidmətlərdən əldə etdikləri gəlirləri hesabına maliyyələşdirilən xərcləri (büdcədənkənar xərcləri),(2020-ci illə müqayisədə 11,2 min manat və ya 2,3 dəfə çox) yönəldilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin