Əməkdar artist Mətanət İsgəndərli və keçmiş gəlini Canana ilə barışdıqdan sonra bir araya gəliblər.
Bizim.Media xəbər verir ki, tədbirlərin birində səhnə alan sənətçinin görüntülərini Canana sosial şəbəkə hesabında paylaşıb.
Qaynana oxuyub, gəlin isə əyləşdiyi stulda mahnı sədaları atında rəqs edib.
Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və Canana ötən ilin oktyabrında boşanıblar. Məhkəmə üç uşağı ilk olaraq ataya verib. Daha sonra apellyasiya şikayəti nəticəsində uşaqlar anaya qaytarılıb.
Canana Ramazan bayramında qaynanasında üzr istədiyini və barışdıqlarını bildirib. Müğənni isə ötən həftə sonu keçmiş gəlini ilə barışdığını təsdiqləyib.
Rəşad Əliyev, Bizim.Media