Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı Türkiyənin NATO-dan çıxmaq ehtimalını etiraf edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat “Hürriyet” qəzetinin saytında yer alıb.
“Türkiyənin seçimi var. Şərtlər qəbul olunmasa, NATO-dan çıxmaq alternativi də nəzərdən keçirilməlidir. Biz NATO-dan əvvəl də var idik və NATO olmadan da yox olmayacağıq”.
Nəşr Baxçalının dediklərindən sitat gətirib.
Onun sözlərinə görə, Türkiyənin etirazları ciddi qəbul edilmirsə, deməli, NATO-dakı mövcudluğu ciddi qəbul edilmir və ona hörmət olunmur.
“Qoy İsveçi, Finlandiyanı götürsünlər, Rusiyaya qarşı yeni cəbhə açsınlar. Ehtiyac yaranarsa, hadisələr başqa seçim qoymazsa, Türkiyə, türk dünyası və İslam ölkələrinin daxil olacağı yeni təhlükəsizlik təşkilatı yaratmaq olar. Bəlkə belə daha yaxşıdır”, - deyə Baxçalı bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:49 / 24.05.2022
Dövlət Baxçalı Türkiyənin NATO-dan çıxmaq ehtimalından danışdı: “Bəlkə belə daha yaxşıdır”
Hazırda oxunan: Dövlət Baxçalı Türkiyənin NATO-dan çıxmaq ehtimalından danışdı: “Bəlkə belə daha yaxşıdır”
Hazırda oxunan: Dövlət Baxçalı Türkiyənin NATO-dan çıxmaq ehtimalından danışdı: “Bəlkə belə daha yaxşıdır”
75958
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.