“Efirdə rəqs edəndə pencəyin önü açıldı və...” - İfası kəsilən müğənnidən ETİRAF  

Hazırda oxunan: “Efirdə rəqs edəndə pencəyin önü açıldı və...” - İfası kəsilən müğənnidən ETİRAF  

75923

“Efirə gəlməzdən əvvəl söylədilər ki, geyimdə açıq-saçıqlıq olmasın. Düşündüm ki, bu geyim açıq deyil. Sinə dekolte olsa da belə, üzərində pencək var. Amma rəqs edəndə pencəyin önü açıldı və geyindiyim sinə dekolteli karset ön plana çıxdı”.  

Bu sözləri müğənni Kəmalə Qaramollayeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.  

Ötən gün “Həmin Zaur” axşam şousunda geyiminə görə, ifası yarımçıq kəsilən sənətçi baş verən hadisəni belə şərh edib.  

“Söylədilər ki, efirlərə geyimlə bağlı nəzarət güclənib. Belə bir geyimlə efirə çıxmaq olmaz. Əslində, bu qapalı geyimdir, çünki ön hissəsi bağlananda qapalı olur. Onlar isə onu görməyiblər. Bu çaşdırıcı məqam oldu. Mahnı oxuduğum zaman ön hissəm açıldı və belə bir mənzərə ortalığa çıxdı.  

Müğənni molla deyil. Estrada müğənnisiyəm, oxumalıyam da, oynamalıyam da. Bu tendensiya son zamanlar çıxıb. Estrada müğənniləri şortiklə də efirə çıxırlar. İndi hətta belə bir geyimə də irad bildirirlər”.  

Kəmalənin arxası püsküllü pencəyinin daha əvvəl müğənni Mətanət Əsədovanın “Tarixin bir günü” günorta şousuna geyinməsi də diqqətdən qaçmayıb.  

K,Qaramollayeva “Ola bilər ki, seçimimi düzgün etməmişəm” deyə, fikirlərini tamamlayıb.  

“Mən o geyimi almamışam. Reklam qarşılığında mağazadan götürmüşəm. Geyinib, sonra da mağazaya geri qaytarmışam”.  

Rəşad Əliyev, Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin