"İşgaldan azad olunmuş ərazilərdə məscid və dini ibadət yerlərinin müəyyənləşdirilməsi ilə bağlı işlər həyata keçirilir".
Bizim.Media xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov mətbuat konfransında məlumat verib.
O qeyd edib ki, bu günə qədər o ərazilərdə 67 məscid aşkarlanıb:
"İki məsciddən başqa digərləri yerlə-yeksandır. Ağdam Cümə məscidi və Yuxarı Gövhər Ağa məscidləri nisbətən salamat vəziyyətdədir. Əslində, işğaldan azad olunmuş ərazilərdə məscid sayı 67-dən çox olub, lakin Sovetlər dövründə tamamilə başqa məqsədlə istifadə edilib, təyinatları dəyişdirilib. İşğaldan sonra da bu proses eyni şəkildə davam edib - məscidlər başqa məqsədlə istifadə edilib. Biz rayon, kənd sakinləri ilə danışıb onlardan hansı ərazilərdə məscid olub-olmadığını soruşuruq".
Komitə sədrinin müavini deyib ki, Zəngilanda vaxtilə mövcud olan Zəngilan şəhər məscidinin əsaslı bərpasi davam etdirilir:
"Eyni zamanda, Hadrut, Şuşa və Suqovuşanda yeni məscid komplekslərinin tikinti işləri davam edir".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:31 / 24.05.2022
Hadrut, Şuşa və Suqovuşanda yeni məscidlər tikilir – RƏSMİ
Hazırda oxunan: Hadrut, Şuşa və Suqovuşanda yeni məscidlər tikilir – RƏSMİ
Hazırda oxunan: Hadrut, Şuşa və Suqovuşanda yeni məscidlər tikilir – RƏSMİ
75916
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.