Xınalığa gedən yol qismən açıldı - YENİLƏNİB - FOTO

Hazırda oxunan: Xınalığa gedən yol qismən açıldı - YENİLƏNİB - FOTO

75880

Xınalıq kəndinə gedən yol nəqliyyatın hərəkəti üçün qismən açılıb.

Quba RİH başçısı Ziyəddin Əliyevin tapşırığına əsasən yolun palçıq qatının axmış hissəsində nəqliyyatın hərəkəti üçün yer açılıb və artıq nəqliyyat vasitələrinin hər iki istiqaməti  bərpa edilib.

Yol sahə rəisi Bilal Sultanov Bizim.Media-ya deyib ki, palçıq layı çox olduğu üçün işlər tamamlanmayıb, gün ərzində təmizləmə işləri davam edəcək.

Gün ərzində yağışlı hava yenidən qeydə alınarsa, axın davam edə bilər.
 

10.45

Qubanın Xınalıq kəndinə gedən yol bağlanıb. Buna səbəb son günlər müşahidə edilən güclü və intensiv yağışlar nəticəsində yol kənarındakı qayalıq hissədən palçıq qatının yola axmasıdır.  

Hazırda hadisə yerində olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Qubadakı 5 saylı yol-istismar idarəsinin sahə rəisi Bilal Sultanov Bizim.Media-ya özəl olaraq bildirib ki, hadisə Quba-Xınalıq yolunun 52-57-ci km-ləri arasındakı məsafədə-Xınalıq kəndi ilə Bostankeş kəndi ilə arasında qeydə alınıb.

Gecə saatlarından bağlanan yolun açılması üçün işlərə start verilib.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin