Azərbaycan millisinin icarə əsasında "Tondela"da oynayan futbolçusu Renat Dadaşov klubdan ayrılıb.
Bizim.Media xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, pnun Portuqaliya təmsilçisi ilə müqaviləsi başa çatıb.
“Tondela”da enişli-çıxışlı, təcrübələrlə dolu möhtəşəm bir il keçirdim. Bu fürsət üçün kluba təşəkkür etmək istəyirəm. İndi isə vidalaşmaq və gələcəyə fokuslanmaq vaxtıdır. Komanda yoldaşlarıma, azarkeşlərimizə, bütün heyətə və bu mövsüm mənə kömək edən hər kəsə təşəkkür edirəm”, - deyə 23 yaşlı hücumçu bildirib.
Qeyd edək ki, Renat müqavilə əsasında "Vulverhempton"a məxsusdur.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:10 / 23.05.2022
Millimizin üzvü Portuqaliya klubu ilə vidalaşdı
Hazırda oxunan: Millimizin üzvü Portuqaliya klubu ilə vidalaşdı
Hazırda oxunan: Millimizin üzvü Portuqaliya klubu ilə vidalaşdı
75831
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.