Azərbaycan hərbçiləri “Efes-2022”də praktiki atışlar etdi - VİDEO

Hazırda oxunan: Azərbaycan hərbçiləri “Efes-2022”də praktiki atışlar etdi - VİDEO

75812

Türkiyənin İzmir şəhərində keçirilən “Efes-2022” çoxmillətli təlimi davam edir.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, beynəlxalq təlimin planına əsasən hərbi qulluqçular tapançadan, müxtəlif çaplı atıcı silahlardan və pulemyotlardan praktiki atışlar yerinə yetiriblər.

Bundan başqa, yaralanan hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilməsi və onun təhlükəsiz şəkildə təxliyə olunması, eləcə də axtarış-xilasetmə əməliyyatları üzrə tapşırıqlar uğurla icra olunub.
Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordunun və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçularının cəlb olunduğu beynəlxalq təlim iyunun 9-dək davam edəcək.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin