Azərbaycanlı modelə 28 minlik bilərzik hədiyyə etdilər - VİDEO  

Hazırda oxunan: Azərbaycanlı modelə 28 minlik bilərzik hədiyyə etdilər - VİDEO  

75764

Model və dəb bloqeri Razi Əliyeva paylaşımı ilə gündəmə gəlib.  

Bizim.Media xəbər verir ki, o, aldığı bahalı hədiyyəsinin “unboxing” videosunu çəkərək, sosial şəbəkə hesabında paylaşıb.  

“Cartier” markasına məxsus 18k sarı qızıl, 0,59 karatlıq 32 parlaq kəsilmiş brilyant daşlarla bəzədilmiş “Juste Un Clou” modeli bilərziyinin görüntülərini paylaşıb. Sözügedən qolbağın qiyməti 28 min manatdır.  

Qeyd edək ki, bir neçə ay əvvəl 26 yaşı tamam olan Razi Əliyevaya qiyməti 120 min avroluq (təxminən 222 min 984 AZN) “Mercedes GLE 53 AMG Coupe” markalı lüks avtomobil hədiyyə olunub.  

R.Əliyeva illər əvvəl “Xəzər” televiziyasında “Xəzər maqazin” verilişinin aparıcısı olub.  

Rəşad Əliyev, Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin