İlahə Fəda nakam sevgisindən danışdı: “Keşkə xəyanət edərdi, amma yaşayardı” - VİDEO  

Hazırda oxunan: İlahə Fəda nakam sevgisindən danışdı: “Keşkə xəyanət edərdi, amma yaşayardı” - VİDEO  

75748

“2011-ci ildə həyatımda mənə çox əziz olan bir insanı itirdim. Məhz buna görə ölkəni tərk edib, Moskvaya getdim. Sevdiyim insan gənc yaşında dünyasını dəyişdi. Mənim də dünyamı yıxdı. Bu şəhərdə qala bilmədim, çünki onunla bağlı hər yerdə xatirələr vardı. Özümdən qaçmaq istədim. Amma xeyri olmadı, çünki beynini də özünlə aparırsan”.  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni İlahə Fəda qonaq olduğu “Onun sirri” proqramında deyib.

Sevgilisi ilə avtobusda tanış olduğunu söyləyən sənətçi, onunla bağlı xatirələrini bölüşüb:

“Həyatımda daha sevgi gözləmirəm. Çünki insanın həyatında əsl sevgi bir dəfə olur. Bizim sevgimiz 1997-ci ildən 2011-ci ilə kimi davam etdi. Həyatda üç dəfə yetim qalmışam. Bir dəfə atamdan, ikinci dəfə məni boya-başa çatdıran Qumru nənəmdən, üçüncü dəfə isə sevgilim dünyasını dəyişəndə yetim qaldım. Bu üç qat yetimlikdir”.  

Sevgilisinin nakam vəfatından sarsıntı keçirən İlahə Fəda illər əvvəl vətəni tərk etməsindən danışıb:

“Ağır xəstəliyə düçar oldu və üç ay içində birdən-birə... O, dünyasını dəyişəndən sonra hiss etdim ki, batıram, boğuluram. Evdə də məsləhət oldu ki, mən Bakıda qalmayım, Moskvaya gedim. İki il Moskvada qaldım. Orada başımı qatmaq istəsəm də, alınmadı. Vətən həsrəti güc gəldi, yenidən Bakıya döndüm. Peşmançılıqlar yoxdur, amma keşkələr var. Keşkə xəyanət edərdi, amma yaşayardı”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin