Əcnəbi TIR sürücülərini aldadan şəxs tutuldu - VİDEO

Hazırda oxunan: Əcnəbi TIR sürücülərini aldadan şəxs tutuldu - VİDEO

75703

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində xarici ölkə vətəndaşlarının etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan əvvəllər məhkum olunmuş Aydın Qambayev saxlanılıb.

DİN-dən Bizim.Media-ya verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs özünü xaricə müxtəlif təyinatlı məhsullar ixrac edən iş adamı kimi təqdim edib. 

Aydın Qambayev Bakı şəhərində olan və beynəlxalq yükdaşıma ilə məşğul olan müxtəlif xarici ölkə vətəndaşları olan TIR sürücülərini guya onların avtomobilləri ilə yük göndərəcəyi adı altında aldadaraq zərərçəkənlərin pullarını ələ keçirib.
Bu müddət ərzində Aydın Qambayev 20-ə yaxın TIR sürücüsünü dələduzluq yolu ilə aldadıb.

Faktlarla bağlı saxlanılan şəxs barəsində 29-cu Polis Şöbəsində toplanan materiallar Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. 

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin