Dünyanın 70-ə yaxın ölkəsində koronavirusa yoluxma hallarının artması müşahidə olunur.
Bizim.Media xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə 75-ci Ümumdünya Səhiyyə Assambleyasında çıxışında deyib.
Qebreyesus bildirib ki, bu, koronavirus testinin qlobal azalması fonunda baş verir.
ÜST rəhbəri bütün dövlətləri əhalinin azı 70%-nin COVID-19-a qarşı peyvənd olunmasına və infeksiyanın yayılmasını dayandırmaq üçün sanitar məhdudiyyətləri yenidən tətbiq etməyə çağırıb.
Qebreyesusun sözlərinə görə, bütün dünyada 2020-ci ilin martından başlayaraq yoluxma ən aşağı səviyyəyə düşsə də, Afrikada xəstəlikdən ölüm halları artıb.
"Koronavirus hər dönüşdə sürprizlər təqdim edir və onun intensivliyini proqnozlaşdırmaq hələ də mümkün deyil", - ÜST rəhbəri qeyd edib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Assambleyası pandemiyanın dərslərini nəzərə almaqla qlobal ictimaiyyətin fövqəladə hallara reaksiya verməyə hazırlığının gücləndirilməsinə yönələcək. 2019-cu ildən ilk dəfə əyani keçiriləcək illik forumda ÜST-ə üzv olan 194 ölkənin nümayəndələri iştirak edəcək.
Forumun əsas mövzusu “Dünya üçün sağlamlıq, sağlamlıq üçün dünya” olacaq.
Nümayəndələr qlobal sağlamlığı fövqəladə hallara cavab vermək üçün hazırlamaqla yanaşı, qeyri-infeksion xəstəliklərin qarşısının alınması üzrə 2023-2030-cu illər üçün "yol xəritəsi"ni, epilepsiya və digər nevroloji pozğunluqlar üzrə fəaliyyət planını, vərəm və poliomielitlə mübarizəni, qida təhlükəsizliyi strategiyasını müzakirə edəcəklər.
Assambleya ÜST-ün baş direktorunu beş illik səlahiyyət müddətinə təyin edəcək. Təşkilatın İcraiyyə Komitəsinin yanvar sessiyasında bu vəzifəyə ÜST-ün hazırkı rəhbəri Tedros Adhanom Qebreyesusun (Efiopiya) namizədliyi irəli sürülüb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:44 / 23.05.2022
Dünyanın 70-ə yaxın ölkəsində koronavirusa yoluxma artır – ÜST-dən XƏBƏRDARLIQ
Hazırda oxunan: Dünyanın 70-ə yaxın ölkəsində koronavirusa yoluxma artır – ÜST-dən XƏBƏRDARLIQ
Hazırda oxunan: Dünyanın 70-ə yaxın ölkəsində koronavirusa yoluxma artır – ÜST-dən XƏBƏRDARLIQ
75652
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.