Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyevlə Avropa İttifaqının prezidenti Şarl Mişel arasında ikitərəfli görüş başlayıb. Bir neçə saat əvvəl Şarl Mişelin dəvəti ilə Brüsselə gələn prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla da danışıqlar aparacaq.
Qarabağdakı qondarma rejimin “rəhbəri” Arayik Arutyunyan Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında Brüsseldə baş tutacaq görüşü şərh etməkdən qəti şəkildə imtina edib.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, Xankəndi şəhərində keçirilən forumda iştirak edən Arayik Arutyunyan mövzu ilə bağlı jurnalistlərin suallarını cavablandırmayıb.
Forumun sonunda mətbuat nümayəndələri zalı tərk edən Arutyunyanın ardınca gedərək yenə eyni sualı veriblər. O isə arxaya çönmədən sadəcə olaraq başını yelləyib və ərazidən uzaqlaşıb.
Bizim.Media
- A-
- A
- A+
Region
18:04 / 22.05.2022
Qarabağda qondarma rejimin “rəhbəri” Paşinyanla bağlı suala cavab vermədi
Hazırda oxunan: Qarabağda qondarma rejimin “rəhbəri” Paşinyanla bağlı suala cavab vermədi
Hazırda oxunan: Qarabağda qondarma rejimin “rəhbəri” Paşinyanla bağlı suala cavab vermədi
75634
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.