Litva Rusiyadan elektrik enerjisi idxalını dayandırdı

Hazırda oxunan: Litva Rusiyadan elektrik enerjisi idxalını dayandırdı

75590

Litva bu gündən etibarən Rusiyadan elektrik enerjisi idxalını dayandırıb.

Bizim.Media TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Litvanın Energetika Nazirliyi məlumat yayıb.

Nazirliyin cümə günü qəbul etdiyi qərar mayın 22-də qüvvəyə minib. Respublikanın elektrik enerjisinə olan tələbatı bundan sonra yalnız daxili istehsal və Latviya, Polşa və İsveç üzərindən qoşulma ilə idxal hesabına təmin olunacaq.

2021-ci ildə Litva daxili istehlak üçün lazım olan elektrik enerjisinin 17 faizini Rusiyadan almışdı.

Beləliklə, Litvada artıq Rusiyanın nə qazı, nə nefti, nə də elektrik enerjisi var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin