Gəncədə türk mətbəxinin təqdimatı keçirildi - FOTO

Hazırda oxunan: Gəncədə türk mətbəxinin təqdimatı keçirildi - FOTO

75558

Bu ilin 21-27 may tarixlərində Türkiyə Prezident Administrasiyasının təşkilatçılığı, Türkiyənin Mədəniyyət və Turizm  Nazirliyinin dəstəyi ilə "Türk mətbəxi həftəsi" keçirilir.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bununla əlaqədar  Gəncə şəhərində türk mətbəxinin və“Türk mətbəxi” kitabının  təqdimatı keçirilib.

Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki Baş konsulu Nikolos İaşvili, millət vəkili Müşfiq Cəfərov, GDU-nun rektoru, professor Yusif Yusibov, Yap Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, iş adamları və digər rəsmilər iştirak ediblər.

Tədbirdə türk mətbəxinin özəlliyindən, Türkiyədə  ən çox bişirilən yeməklər haqqında məlumat verilib.

Baş konsulun xanımı Ayfer Öztürk türk mətbəxinin nümunələrindən olan gül suyunun hazırlanma qaydasını tədbir iştirakçılarına nümayiş etdirib.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin