Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Təlim və Keyfiyyətə Təminat şöbəsi tərəfindən Fövqəladə Hallar Nazirliyinin 27 nəfər müvafiq qurum əməkdaşına “Döyüş sahəsinin təmizlənməsi” təlimi keçirilir.
ANAMA-dan Bizim.Media-ya verilən xəbərə görə, bir həftə davam edən təlimin əsas məqsədi mütəxəssislərin döyüş sahəsinin təmizlənməsi üzrə bilik və bacarıqlara yiyələnməsidir.
Təlim proqramı Fövqəladə Hallar Nazirliyinin Ağdam rayonunda yerləşən regional mərkəzində keçirilir.
Təlim zamanı nümayəndələrə döyüş ərazisinin təmizlənməsi metodologiyasının tətbiqi, sahənin qurulması, texniki təhlükəsizlik qaydaları, ərazinin vizual və yeraltı yoxlanılması, işarələmə vasitələrindən istifadə edilməsi, aşkar edilən sursatların qiymətləndirilməsi kimi biliklər öyrədilir.
Təlimi müvəffəqiyyətlə tamamlayan nümayəndələrə ANAMA tərəfindən müvafiq şəhadətnamələr təqdim olunacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:21 / 21.05.2022
ANAMA FHN-in 27 əməkdaşına təlim keçdi - FOTO
Hazırda oxunan: ANAMA FHN-in 27 əməkdaşına təlim keçdi - FOTO
Hazırda oxunan: ANAMA FHN-in 27 əməkdaşına təlim keçdi - FOTO
75536
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.