Bu ilin 4 ayında taxıl idxalı 57 min 306 ton AZALIB – “Çörək bahalaşacaq, başqa yol görmürəm” - SOS

Hazırda oxunan: Bu ilin 4 ayında taxıl idxalı 57 min 306 ton AZALIB – “Çörək bahalaşacaq, başqa yol görmürəm” - SOS

75516

“Dünyada ərzaq buğdası, taxılla bağlı ciddi problemlər yaşanır, qiymət artımı ilə yanaşı fiziki çatışmamazlıq da var. Azərbaycanda 1 ildə istehlak olunan taxılın 80%-ə yaxını xaricdən alınır, hər il bizə 1,2 mln. tona yaxın ərzaqlıq buğda idxal etmək lazımdır ki, daxili təlabatı ödəyək”. 

Bizim.Media xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli “Facebook” hesabında qeyd edib. Ekspertin sözlərinə görə 2021-ci ilin ilk 4 ayında ölkəyə idxal olunan taxılın həcmi 365 min 348 ton, ortalama qiyməti 254,5 dollar olub:

“2022-ci ilin eyni dövründə, yəni ilk 4 ayında isə ölkəyə 308 min 42 ton taxıl gətirilib, ortalama qiymət 341,7 dollar təşkil edib. Yəni, son bir ildə buğdanın 1 ton 87,2 dollar (148 manat) və ya 34% bahalaşıb.

Rəsmi rəqəmlərdən də görünür ki, keçən ilin ilk 4 ayına nisbətən bu il eyni dövrdə ölkəyə gətirilən taxıl həcmi 57 min 306 ton azalıb.

Diqqətçəkən məqamdır və az rəqəm deyil. Azərbaycanda Dövlət Taxıl Fondu adlı qurum var, əvvəl FHN-nin tərkibində idi, keçən ilin oktyabrında həmin qurum və onun funksiyaları Dövlət Ehtiyatları Agentliyinin sərəncamına verilib.
Bu agentliyin saytı yoxdur, məlumat bazası tapılmır, heç mətbuata da açıqlamaları yoxdur. Bir vətəndaş kimi maraqlıdır, bu gün nə qədər taxıl ehtiyatımız var? Bu ehtiyatlar hansı müddətə qədər ölkəmizə bəs edər?”

Ekspert əlavə edib ki, dünyada taxılın qiymətləri artıb və Azərbaycanın idxal etdiyi taxılın qiymətində də hər tona 150 manata yaxın artım var:

“Çörək və un məmulatları bahalaşacaq. Başqa yol görmürəm. Bəs  hökumətin bu bahalaşmanın qarşısını ala biləcək kompensasiya və dotasiya mexanizmləri varmı? Bu haqda düşünürlərmi?”

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin